Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? – AFİŞA






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Xalq Cümhuriyyəti, #Bakı, #Bəxtiyar Vahabzadə, #Heydər Əliyev, #İlham Namiq Kamal, #İran, #Kitab, #Mixail Lermontov, #Orta məktəb

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı sakinlərinin və paytaxtımızın qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.

presstvaz xəbər verir ki, 8-14 dekabr tarixlərində paytaxtda bir çox tamaşalar, konsertlər keçiriləcək.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bu həftə dörd tamaşa oynanılacaq.

Dekabrın 11-də, saat 19:00-da Əli Əmirlinin “Varlı qadın” tamaşası baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

Biletlərin qiyməti: 10-25 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 12-də, saat 19:00-da Şıxəli Qurbanovun “Sənsiz” tamaşası təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

Biletlərin qiyməti: 10-20 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 13-də, saat 19:00-da N. V. Qoqolun “Müfəttiş tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılovdur.

Biletlərin qiyməti: 10-25 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 19:00-da Elçinin“Cəhənnəm sakinləri” tamaşası oynanılacaq.

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti: 8-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Milli Gənc Tamaşaçılar Teatrında bu həftə üç tamaşa olacaq.

Dekabrın 13-də, saat 12:00-da azyaşlı tamaşaçılar üçün Aleksey Tolstoyun “Buratinonun macəraları” nümayiş ediləcək.

Quruluşçu rejissoru İvitsa Simiçdir. (Xorvatiya)

Biletlərin qiyməti: 8-12 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 13-də, saat 19:00-da A.P.Çexovun “Qağayı” tamaşası oynanılacaq.

Lirik-psixoloji dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Biletlərin qiyməti: 10-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 19:00-da İlqar Fəhminin “Şah Abbas Namə” tamaşası nümayiş ediləcək.

Tarixi dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Biletlərin qiyməti: 10-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu həftə tamaşaçılarına beş tamaşa təqdim edəcək.

Dekabrın 9-da, saat 11:00-da C. Məmmədquluzadənin “Anamın kitabı” (ingilis dilində) tamaşası nümayiş ediləcək.

Tamaşanın quruluşçu rejissoru qeyd edilməyib…

Biletlərin qiyməti: 10 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 13-də, saat 12:00-da “Bremen musiqiçiləri və Pen” tamaşası baş tutacaq.

Tamaşanın quruluşçu rejissoru Zaur Əliyevdir.

Biletlərin qiyməti: 7 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 13-də, saat 19:00-da Sabit Rəhmanın “Əliqulu evlənir” komediyasının premyerası nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru və libretto müəllifi Xalq artisti İlham Namiq Kamaldır.

Biletlərin qiyməti: 8-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 12:00-da “Bir dayan, canavar” (R.Ağayeva, A.Xayt, A.Kurlyanski) tamaşası nümayiş ediləcək.

Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyevdir.

Biletlərin qiyməti: 7 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 19:00-da Faiq Sücəddinov və Tamara Vəliyeva “Mən dəyərəm min cavana” tamaşası olacaq.

Tamaşanın quruluşçu rejissoru Yusif Əkbərovdur.

Biletlərin qiyməti: 8 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında) bu həftə iki tamaşa nümayiş etdiriləcək.

Dekabrın 14-də, saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan “Mənəm, mən…” mistik-psixoloji dramı oynanılacaq.

Quruluşçu rejissor Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 19:00-da T.Vahidin “Quş dili” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru göstərilməyib…

Biletlərin qiyməti: 5-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Akademik Rus Dram Teatrının səhnəsində bu həftə dörd tamaşa təqdim ediləcək:

Dekabrın 13-də, saat 12:00-da “Bremen Musiqiçiləri” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Raula Türkkandır.

Biletlərin qiyməti: 5 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 13-də, saat 19:00-da Mixail Lermontovun “Maskarad” tamaşası oynanılacaq.

Dram janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovskidir.

Biletlərin qiyməti: 10-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 12:00-da “Çar Saltan, knyaz Ovidon və şahzxadə Qu quşu haqqında nağıl” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə.

Biletlərin qiyməti: 5 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 19:00-da V. Krasnoqorovun “Üç gözəl” tamaşası (Quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski) oynanılacaq.

Biletlərin qiyməti: 10-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Beynəlxalq Muğam Mərkəzi

Dekabrın 8-də, saat 18:00-da Bakı Xoreoqrafiya Akademiyasının tam orta məktəb şagirdlərinin təqdimatında Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş xoreoqrafik kompozisiya təqdim ediləcək.

Biletlərin qiyməti: 10-25 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 10-da, saat 19:00-da Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri və ilk Baş naziri Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş tədbirdə Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri, Cahangir Cahangirov adına Xor və bədii qiraətçi Hüseynağa Aslanovun iştirakı ilə ədəbi-musiqili gecə təqdim olunacaq.

Biletlərin qiyməti: 5-15 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Heydər Əliyev Sarayı:

Dekabrın 8-də, saat 20:00-da dekabrda Heydər Əliyev Sarayında DiDuLa ilk dəfə Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Biletlərin qiyməti: 69-149 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 11-də, saat 20:00-da Namiq Qasımovun “Bəsimsən” adlı konserti olacaq.

Biletlərin qiyməti: 20-150 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 13-də, saat 20:00-da Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii gecə keçiriləcək.

Biletlərin qiyməti: 20-140 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 14-də, saat 20:00-da Gökhan Özenin simfonik orkestrlə konserti keçiriləcək.

Biletlərin qiyməti: 49-199 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu:

Dekabrın 11-də, saat 20:00-da gənc nəsil musiqiçilərin sevimlisi MADTEEN canlı solo konsert proqramı ilə çıxış edəcək.

Biletlərin qiyməti: 20-100 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA

Dekabrın 13-də, saat 20:00-da gənc müğənni Almaxanım Əhmədlinin “Sən olmasan” adlı solo konserti baş tutacaq.

Biletlərin qiyməti: 25-120 manat.

Həftə ərzində Bakıda hansı mədəni tədbirlər olacaq? - AFİŞA


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv