Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər






presstv

"Presstv"az #"Azəriqaz", #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “Azəriqaz” İstehsalat Birliyi arasında əməkdaşlıq nəticəsində vətəndaşlar artıq qaz təchizatı ilə bağlı müayinə aktlarını “mygov” platforması üzərindən izləyə biləcəklər. Yeni inteqrasiya vətəndaşlara öz əmlaklarında aparılmış müayinənin nəticələrini rəqəmsal formada əldə etmək imkanı yaradır.

Məlumatdan istifadə qaydası aşağıdakı kimidir:

– İstifadəçi “mygov” portalında “Xidmətlər” bölməsindən “Kommunal” kateqoriyasını seçir.

– “Azəriqaz İB – Müayinə aktı”na daxil olur.

– İstifadəçinin FİN-ə bağlı bir və ya bir neçə akt varsa, sistem mövcud müayinə aktlarının siyahısını təqdim edir.

– İstifadəçi seçdiyi aktın məlumatlarına baxa və sənədi yükləyə bilər.

Qeyd edək ki, müayinə aktı, xüsusilə qaz təchizatına yeni qoşulma, qaz xətlərinin dəyişdirilməsi və ya köçürülməsi zamanı vətəndaşlardan tələb olunur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv