Üzə dolğu etdirənlərə xəbərdarlıq: Kor ola bilərsiniz

Üzə dolğu etdirənlərə xəbərdarlıq: Kor ola bilərsiniz






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Böyük Britaniy, #Böyük Britaniya, #Braziliya, #Kolumbiya, #Niderland, #plastik cərrah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm adamları üz nahiyəsinə dolğu etdirən şəxsləri ciddi fəsadlar barədə xəbərdar edib. Mütəxəssislər bildirirlər ki, dolğu maddəsinin damarları tutması nəticəsində toxuma itkisi, hətta korluq kimi ağır nəticələr ortaya çıxa bilər.

presstvaz xəbər verir ki, tədqiqat qrupu 2022-ci ilin may ayından 2025-ci ilin aprel ayına qədər Braziliya, Kolumbiya, Çili, Niderland və ABŞ-də yerləşən mərkəzlərdə uğursuz nəticələnmiş 100 dolğu prosedurunu araşdırıb.

Ultrasəs müayinələri göstərib ki, qırışların aradan qaldırılması və üzün müəyyən hissələrinin formalaşdırılması üçün edilən dermal dolğu proseduru zamanı üz damarlarında qan axını dayanır. Dr. Siqrist BBC-yə açıqlamasında bildirib ki, nadir olsa da, dolğu maddəsinin damara və ya ona çox yaxın nöqtəyə yeridilməsi toxuma ölümünə, dəri deformasiyasına və müalicə edilmədiyi halda daha ciddi nəticələrə səbəb ola bilər.

Mütəxəssis xüsusilə burun ətrafının ən riskli bölgə olduğunu vurğulayıb. Onun sözlərinə görə, burun damarları başın həyati vacib hissələri ilə əlaqəlidir və bu damarların zədələnməsi dəridə ziyan, korluq, hətta iflic kimi ağır fəsadlara yol aça bilər.

Siqrist klinikalara dolğu ediləcək nahiyəni əvvəlcədən müəyyənləşdirmək üçün ultrasəsdən istifadə etməyi tövsiyə edib. O, bildirib ki, fəsad yarandığı halda ultrasəs tıxanmanın məhz harada baş verdiyini müəyyənləşdirməyə kömək edir.

Bu araşdırmanın nəticələri bu həftə Şimali Amerika Radiologiya Assosiasiyasının illik konfransında təqdim olunacaq.

Britaniya Estetik Plastik Cərrahlar Assosiasiyasının (BAAPS) prezidenti Nora Nuqent də ultrasəsin tibbi proseslərdə böyük fayda verdiyini vurğulayaraq bildirib:

“Damarların yerləşməsinin xəritələnməsi müalicədən əvvəl çox dəyərli məlumatlar təmin edir.”

Qeyd edək ki, Böyük Britaniya hökuməti avqust ayında kosmetik prosedurlara daha sərt tənzimləmələr tətbiq etməyə hazırlaşdığını açıqlamışdı. Yeni qaydalara əsasən, yüksək riskli prosedurlar yalnız ixtisaslı tibb mütəxəssisləri tərəfindən həyata keçirilməli, dolğu və botoks klinikalarının isə daha ciddi lisenziya tələblərinə cavab verməsi tələb olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv