Gərginsinizsə bu vitamininiz çatışmır

Gərginsinizsə bu vitamininiz çatışmır






presstv

"Presstv"az #Həkim, #Rusiya, #Saç tökülmə, #Saç tökülməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vitamin D, B12, B6, maqnezium, sink və omeqa-3 yağ turşuları çatışmazlığını erkən mərhələdə müəyyən etmək çətindir.

presstvaz xəbər verir ki, bunu rusiyalı endokrinoloq, tibb elmləri namizədi Nataliya Tananakina deyib.

"Bu qida maddələrinin azlığı adətən gözə çarpan simptomlarla özünü göstərmir".

Ekspertin sözlərinə görə bu qida maddələri neyrotransmitterlərin tənzimlənməsində iştirak edir və enerji mübadiləsi ilə immun funksiyası üçün vacibdir.

Tananakina qeyd edib ki, maqnezium çatışmazlığı əhval-ruhiyyənin pozulmasına, əzələ dartınmalarına və ürək ritmi problemlərinə səbəb ola bilər. Dəmir və vitamin D çatışmazlığı isə ümumi yorğunluq, yuxu pozğunluğu, saç tökülməsi və dırnaq zəifliyi ilə müşayiət olunur.

Vitamin B12, fol turşusu (B9) və sink çatışmazlığı isə narahatlıq, əsəbilik, əllərdə və ayaqlarda keyləşmə, əhval dəyişiklikləri ilə özünü göstərə bilər. Bu maddələr serotonin və dopamin hormonlarının sintezi üçün həyati əhəmiyyət daşıyır.

Həkim əlavə edib ki, vitamin A və omeqa-3 çatışmazlığı göz quruluğuna və zəif gecə görməsinə səbəb ola bilər, çünki omeqa-3 göz yaşının strukturunu qorumaqda vacib rol oynayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv