2025-in ən populyar musiqiləri açıqlandı

2025-in ən populyar musiqiləri açıqlandı






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Spotify 2025-in ən çox dinlənilən musiqiçilərini və mahnılarını açıqlanıb.

presstvaz xəbər verir ki, dördüncü dəfə əsas artist titulu Bad Bunnyyə verilib. Onun mahnıları platformada 19,8 milyard dəfə dinlənilib. Top beşlikdə həmçinin Teylor Svift, The Weeknd, Dreyk və Billi Ayliş yer alıb.

İlin ən populyar mahnısı Lady Qaqa və Bruno Marsın “Die With a Smile” treki olub (1,7 milyard dinlənmə). Billi Aylişin “Birds of a Feather” ikinci, Rozé və Bruno Marsın “Apt” isə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi Aleks Uorrenin “Ordinary” və Bad Bunnynin “DtMF” tamamlayır.

Ən çox dinlənilən albom isə Bad Bunnynin “Debí Tirar Más Fotos” olub. İkinci yerdə Netflix-in “K-pop-ovçuları: Demon Hunter” saundtreki, üçüncü Billi Aylişin “Hit Me Hard and Soft”, dördüncü SZA-nın “SOS Deluxe: Lana” və beşinci Sabrina Karpentərin “Short n’ Sweet” albomları qərarlaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv