Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub?

Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub?






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #Binəqədi rayonu, #Hadisə, #Həkim, #Həkim səhlənkarlığı, #Nəqliyyat, #Şahin Mustafayev, #Təcili Tibbi Yardım, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il avqust ayının 22-də Binəqədi rayonu, Binəqədi şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən 19 yaşlı Xaliv İbrahimovun ailəsi baş verənlərlə bağlı bir sıra məqamları Baku TV-yə açıqlayıb.

Ailənin sözlərinə görə, “Kəpəz Hospital”a məxsus təcili tibbi yardım avtomobilinin sürücüsü Şahin Mustafayev içəridə xəstə olmadığı halda xüsusi işıq siqnallarını yandıraraq yola çıxıb. Bu zaman kuryer kimi çalışan motosiklet sürücüsü Xaliv İbrahimovu vurub. Yaralı hadisədən sonra elə həmin təcili tibbi yardım maşını ilə “Kəpəz Hospital”a aparılıb.

Ailə iddia edir ki, gəncin ölümünə təkcə qəza deyil, həm də həkim səhlənkarlığı səbəb olub.

Mərhumun anası Hicran İbrahimova bildirir ki, oğlunu başqa xəstəxanaya aparmaq istəsələr də, buna icazə verilməyib:

“Dedilər ki, bizim xəstəxananın işçisi vurub, ona görə də təmənnasız xidmət göstərəcəyik. Çanağının qırıldığını, ayağının isə sındığını bildirdilər. Səhər əməliyyat olunacaqdı, amma həkim başqa əməliyyatda olduğu üçün oğlumun əməliyyatını saat 11-ə saldılar. Bir saat keçməmiş xəbər verdilər ki, həyatını itirib. Həkimlər uşağımı öldürdülər. Sağalda bilərdilər, heç olmasa, əlil qala bilərdi. Dedim, uşağıma baxın, qanın içində çabalayırdı, amma baxmadılar”.

Daha ətraflı videomaterialda:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv