Alimlər piylənmə əleyhinə qeyri-adi üsul tapdılar

Alimlər piylənmə əleyhinə qeyri-adi üsul tapdılar






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ailə münasibətlərinin keyfiyyəti piylənmə riskinə birbaşa təsir göstərə bilər.

presstvaz xəbər verir ki, UCLA Health ekspertlərinin bu mövzuda apardıqları araşdırma “Gut Microbes” jurnalında dərc olunub.

Məlum olub ki, emosional dəstək və ailədəki xoş mühit bir sıra bioloji proseslərə, o cümlədən bədən kütləsinə təsir edir.

Araşdırmaya yüzdən çox Los-Anceles sakini cəlb olunub. Tədqiqat zamanı onların bədən kütləsi indeksi, sosial-iqtisadi vəziyyəti, qidalanma xüsusiyyətləri və ailə daxilində aldığı emosional dəstək səviyyəsi qiymətləndirilib.

Nəticələrə əsasən, yüksək emosional dəstək alan evli şəxslərdə bədən kütləsi indeksi daha aşağı olub və qida asılılığına meyil zəif müşahidə edilib. Yemək gördükləri zaman onların beyin qabığında iştahanın tənzimlənməsi və impulsların idarə olunmasına cavabdeh sahələrin aktivləşdiyi məlum olub. Tənhalarda isə bu xüsusiyyətlər aşkar edilməyib. Bu nəticələr MRT müayinələri zamanı əldə olunub.

Araşdırma həmçinin göstərib ki, evli iştirakçılarda “sevgi hormonu” kimi tanınan oksitosinin səviyyəsi daha yüksəkdir. Mütəxəssislərin fikrincə, məhz oksitosin zərərli qidaya meyli azaldır və bağırsaqlarda metabolizmi gücləndirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv