Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilir

Bakıda Qərbi Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans keçirilir.

presstvaz xəbər verir ki, toplantı mədəni irsin qorunmasını və dirçəldilməsini, ləyaqətli qayıdışın təminatını, həmçinin ədalət, barış və sülhə aparan yolu müzakirə etməyi hədəfləyir.

Tədbirin məqsədi qayıdış hüququnu mədəni irsin qorunması və bərpası üçün əsas çərçivə kimi təsdiqləmək, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin mövcud vəziyyətini qiymətləndirmək, onun qorunması və dirçəldilməsi üçün hüquqi, diplomatik və texniki alətləri müəyyənləşdirmək, həmçinin sözgedən məsələni ədalətə, barışığa və dinc birgəyaşayışa aparan vasitə kimi təşviq etməkdir.

Tədbirdə “Qayıdış hüququ və mədəni irs: Hüquqi və mənəvi əsaslar”, “Maddi irs: Qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: Qayıdışın canlı əsaslarının dirçəldilməsi”, “Beynəlxalq əməkdaşlıq: Qlobal dəstəyin səfərbər olunması” panellərində 60-dan çox ölkədən gələn 100-dən artıq xarici qonaq və yerli iştirakçılar fikir mübadiləsi aparacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv