Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi

Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi






presstv

"Presstv"az #Ailə, #Audi, #Bərdə Rayon Məhkəməsi, #Cinayət işi, #Məcburi köçkün

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bərdədə 15 yaşlı qızla evlənən şəxs həbs edilib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayondakı 588 saylı qəsəbədə yaşayan Ağdam rayonundan məcburi köçkün olan 23 yaşlı Nihad Məmmədli (şərti) barəsindəki cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb.

Bildirilib ki, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti) ilə ailə qurub. Həmin tarixdə onların Bərdədəki “Qızıl Tac” şadlıq evində toyu keçirilib və yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək birgə ər-arvad kimi yaşamağa başlayıblar.

Polis tərəfindən faktın üstü açılandan sonra Nihada Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Nihad ifadəsində bildirib ki, onlar sevərək ailə qurublar və gələcəkdə də birgə yaşayacaqlar. Yeniyetmə qız da Nihadı sevdiyini və ailəsinin dağılmasını istəmədiyini bildirib.

Barəsində cinayət işi açılan oğlan, həmçinin qeyd edib ki, Züleyxanın valideyni onu əvvəllər qeyri-qanuni əməyə cəlb edib və hazırda da ondan ayıraraq kafedə yanında işlətmək istəyir.

Bərdə Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 23 yaşlı Nihada bir il azadlıqdan məhrumetmə cəzası verilib. O, məhkəmə zalında həbs olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv