Türkiyə Qara dənizdəki təhlükəsizliklə bağlı açıqlama yaydı

Türkiyə Qara dənizdəki təhlükəsizliklə bağlı açıqlama yaydı






presstv

"Presstv"az #Audi, #dənizdə, #Haber Global, #Müharibə, #Qara dəniz, #Türkiyə, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Qara dəniz hövzəsində təhlükələrlə mübarizə aparmaq üçün zəruri tədbirlər görür.

presstvaz xəbər verir ki, məlumatı “Haber Global” ölkənin Müdafiə Nazirliyinə istinadən yayıb.

Açıqlamada deyilir ki, müharibə ilə bağlı təhlükələr Türkiyəni müəyyən addımlar atmağa vadar edir, onların qarşısını almaq üçün “dayanıqlı sülh vacibdir”.

Qurum Yunanıstanın bəzi rəsmilərinin “gərginliyi artıran addım və açıqlamalarının beynəlxalq anlaşmalara zidd və reallıqdan uzaq” olduğuna, iki ölkə arasında münasibətlərə ziyan vurduğuna diqqət çəkir.

“Türk Silahlı Qüvvələri özünə təhlükə yaratmayan heç kim üçün təhlükə deyil. Amma ölkəmizə yönələn hər cür təhdidi aradan qaldıracaq güc və qətiyyətdəyik”, – deyə açıqlamada bildirilir.

Nazirliyin açıqlamasına görə, Türkiyə ölkənin dəniz hövzələrində, sualtı və suüstü vacib obyektlərdə təhlükəsizliyin artırılmasına çalışır. Buraya həm də kəşfiyyatın və Hərbi Hava və Hərbi Dəniz qüvvələrindən istifadə etməklə müşahidələrin aparılması, eyni zamanda, Qara dənizdə minaəleyhinə fəaliyyət göstərən qrup çərçivəsində addımların atılması daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv