Meydandan qovulan Ayxan Abbasovla Saşa İliç cəzalandırıldılar

Meydandan qovulan Ayxan Abbasovla Saşa İliç cəzalandırıldılar






presstv

"Presstv"az #Audi, #Futbol, #Premyer Liqası, #Şamaxı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.

presstvaz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mütəxəssis Misli Premyer Liqasının XIII turunda baş tutan “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, “Şamaxı” isə 2000 manat cərimələnib.

İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Saşa İliçə daha ağır cəza verib. Mütəxəssis “Şamaxı” ilə matçda rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə 4 oyunluq diskvalifikasiya olunub. “Sumqayıt” klubu isə baş məşqçinin hərəkətinə görə 10 000 manat cərimələnib.

Eyni oyunda “Sumqayıt” beş futbolçusunun sarı vərəqə aldığı üçün 700 manat məbləğində də cərimələnib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv