Evində ölü tapılan məşhur “Dostlar” serialının ulduzu Metyu Perriyə qanunsuz olaraq ketamin satan həkim həbs edildi

Evində ölü tapılan məşhur “Dostlar” serialının ulduzu Metyu Perriyə qanunsuz olaraq ketamin satan həkim həbs edildi






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Aktyor, #Audi, #Həkim, #Kaliforniya, #Məhkum, #Salvador

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin məşhur “Dostlar” serialının ulduzu Metyu Perriyə qanunsuz olaraq ketamin verən doktor Salvador Plasensiya 30 aylıq həbs cəzasına məhkum edilib.

presstvaz-ın xəbərinə görə, bu barədə “The New York Times” (NYT) nəşri məlumat verib.

Qəzet qeyd edir ki, iyun ayında təqsirləndirilən şəxs bu güclü anestezikin paylanmasında günahını etiraf edib. 44 yaşlı tibb işçisi Kaliforniyanın təcili yardım klinikasında işləyib. İş sənədlərində bildirilir ki, Metyu Perrinin ölümündən bir ay əvvəl Plasensiya həmkarına mesaj göndərib.

“Maraqlıdır, görəsən bu axmaq nə qədər pul ödəyəcək? Gəlin öyrənək”, – deyə o, mesajda yazıb.

Hökm oxunarkən həkim dəfələrlə alnından tərini silib. O qeyd edib ki, illərlə insanlara kömək etməyə çalışıb, lakin Perriyə kömək edə bilməyib və onun hərəkətlərinə heç bir şəkildə bəraət qazandırmaq olmaz. Məhkəmədə o, aktyorun ailəsinə müraciət edərək, çox təəssüfləndiyini bildirib.

Məlumata görə, Plasensiya Perri işi üzrə məhkum edilən ilk şəxs olub.

Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında Kaliforniyadakı evində ölü tapılan Metyu Perrinin cəsədinin yarılması zamanı onun qanında ketamin tapılıb. Anestetikin səviyyəsi ümumi anesteziya üçün istifadə edilən dozaya bərabər olub. Perri hidromasaj vannasında “üzüaşağı şəkildə” aşkarlanıb. “Dostlar”ın ulduzu, 54 yaşlı aktyor ömrünün böyük bir hissəsini alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv