“SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb

“SİMA Token”in hüquqi şəxslər və dövlət qurumları üçün onlayn sifariş imkanı yaradılıb






presstv

"Presstv"az #Audi, #SİMA İmza

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC artıq hüquqi şəxslər və dövlət qurumları üçün “SİMA Token” elektron imzasını onlayn sifariş etmək imkanı yaradıb.

Təxminən bir il əvvəl vətəndaşlar və sahibkarlar üçün təqdim edilən bu xidmətin imkanları genişləndirilib və indi bütün istifadəçilər www.sima.az saytı üzərindən “SİMA Token” elektron imzasını istənilən vaxt sifariş edə bilərlər. Bunun üçün dövlət qurumları və hüquqi şəxslər SİMA kabinetinə daxil olaraq “İşçilər” bölməsində rəsmi əməkdaşlarını görə və onların “SİMA İmza” və “SİMA Token” üzrə imzalama səlahiyyətlərini idarə edə bilirlər.

Əvvəlcə “Sifariş məlumatları” səhifəsində əməkdaş haqqında zəruri məlumatlar daxil edilir və məlumatlar tamamlandıqdan sonra müqavilə “SİMA İmza” ilə imzalanır. Ödəniş həyata keçirildikdən sonra “SİMA Token” sifarişinin icrasına başlanılır və istifadəçi “Ümumi sifarişlər” səhifəsində sifarişin statusunu mərhələlər üzrə izləyə bilir.

Hüquqi şəxslər üçün 3 illik “Token” imzasının məbləği 72 AZN, dövlət qurumları üçün isə 58 AZN təşkil edir.

Qeyd edək ki, “Sima Token” beynəlxalq standartlara uyğun, virtual məkanda şəxsiyyəti təsdiqləyən və qanunvericiliyə əsasən əl imzası ilə eyni hüquqi qüvvəyə malik gücləndirilmiş elektron imzadır. “SİMA Token”in əsas üstünlükləri tanınma, məxfilik, bütövlük və inkarolunmazlıq prinsiplərinə əsaslanır. Bundan elektron imza tələb olunan bütün sahələrdə, o cümlədən elektron vergi portalında, ipoteka müraciətlərində, elektron məhkəmə sistemində, mobil notariatda, ƏMAS platformasında və bank-maliyyə xidmətlərində istifadə etmək mümkündür.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv