Bozumbayev: “Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırma yekunlaşmaq üzrədir”

Bozumbayev: “Aktau yaxınlığında qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı araşdırma yekunlaşmaq üzrədir”






presstv

"Presstv"az #Aktau, #Araşdırma, #Audi, #Azərbaycan, #Bakı, #Hadisə, #Nəqliyyat, #Qazax, #Qazaxıstan, #Qırğızıstan, #Qroznı, #Rusiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qazaxıstanın Nəqliyyat Nazirliyi 2024-cü il dekabrın 25-də Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmanı yekunlaşmaq üzrədir.

presstvaz Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

O bildirib ki, aviaqəzadan sonra iki araşdırma başlayıb.

“Biri Baş Prokurorluğun məşğul olduğu cinayət hissəsidir. Onlar rusiyalı həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin son mərhələdə olan istintaqına aiddir. Buna görə də biz hazırda lisenziya verənlərdən və ya texnologiya, aviasiya alətləri və s. sahiblərinin yekun rəyini gözləyirik, prinsipcə bu ilin sonunda və ya gələn ilin əvvəlində təhqiqatı başa çatdırmağa hazırıq”, – deyə Bozumbayev bildirib.

Baş nazirin müavini əlavə edib ki, Baş Prokurorluğun araşdırmasında da bəzi irəliləyişlər var.

“Siz qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, orada da danışıqlar gələn il başa çatacaq”, – deyə Bozumbayev fikirini yekunlaşdırıb.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktaudan bir neçə kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və beş ekipaj üzvü olub. Altısı qazax olmaqla 38 nəfər həlak olub. Hadisə zamanı 29 nəfər sağ qalıb.

Qəzanın təhqiqat hesabatının 2025-ci ilin dekabrına qədər tamamlanması planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv