Kafenin əməkdaşı pula görə tanışını bıçaqladı – QƏRAR

Kafenin əməkdaşı pula görə tanışını bıçaqladı – QƏRAR






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Ağır Cinayətlər Məhkəməsi, #Cinayət işi, #Hadisə, #Hakim, #Məhkum, #Nəsimi Rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Samir İmrəliyevin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

presstvaz Pravda.az-a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci il mayın 4-də saat 2:30-da paytaxtın Nəsimi rayonu ərazisində yerləşən qarajda qeydə alınıb.

Belə ki, Samir İmrəliyevlə tanışı, zərərçəkmiş Camulla Səfərovun (soyadı şərtidir) arasında əvvəlcədən mövcud olan pul münasibətləri ilə bağlı insident baş verib. Mübahisə zamanı təqsirləndirilən şəxs tanışı ilə aralarında yaşanan sözlü qarşıdurmanı onun qarın nahiyəsinə toxunmasını cüzi səbəb kimi bəhanə gətirib. Bu zaman Samir xuliqanlıq niyyəti ilə ona hücum edib. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi mətbəx bıçağını çıxararaq, Camullanın sinə nahiyəsindən bir dəfə zərbə vuraraq ona ağır bədən xəsarəti yetirib.

İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi (qəsdən, xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb. Lakin məhkəmə araşdırması zamanı təqdim olunan sübutların təhlili nəticəsində cinayətin xuliqanlıq niyyəti ilə törədilməsi təsdiqini tapmayıb. Bununla belə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişə qəsdən ağır bədən xəsarəti yetirdiyini müəyyən edib.

Məhkəmə iclasında ifadə verən Samir İmrəliyev ittihamı qismən – CM-in 126.1-ci maddəsi üzrə etiraf edərək bildirib ki, hadisə ərəfəsində o, kafedə gecə növbəsində işləyib və Camulla ilə tanış olub. Onların arasında yaranmış mübahisə motosikletin pulunun ödənilməsi ilə əlaqəli olub. Onun sözlərinə görə, mübahisə zamanı tərəflər əvvəlcə söhbət etmək üçün sexə daxil olublar, orada iki bıçaq görən təqsirləndirilən şəxs bıçaqlardan birini cibinə qoyub. Davam edən mübahisə fonunda isə Samir bıçaqla zərərçəkmişə zərbə endirib.

Qeyd edək ki, Samir İmrəliyev daha əvvəl məhkumluq həyatı yaşayıbmış.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv