Putin: “Rusiya Avropa ilə müharibə istəmir, amma buna hazırdır”

Putin: “Rusiya Avropa ilə müharibə istəmir, amma buna hazırdır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Müharibə, #Münaqişə, #Planet, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukrayna rəhbərliyi sanki başqa bir planetdə yaşayır – onlar ölkələrinin iqtisadi vəziyyətindən və ön cəbhədəki mövqelərindən xəbərsizdirlər”.

presstvaz TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuata açıqlamasında bildirib. Rusiya Prezidenti ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner ilə görüşməzdən əvvəl medianın suallarını cavablandırıb.

Dövlət başçısı Rusiya ilə Avropa ölkələri arasındakı münasibətlərə də toxunub.

“Avropa hələ də Rusiyanı strateji məğlubiyyətə uğratmaq xəyalı ilə yaşayır. Onlar özləri qəfildən Rusiya ilə əlaqələri kəsdilər və bu, onların təşəbbüsü idi. Avropanın sülh gündəliyi yoxdur. Onlar müharibənin tərəfindədirlər. Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə həlli planına mane olurlar, Rusiya üçün qəbuledilməz təkliflər irəli sürürlər”, – deyə Putin bəyan edib.

O qeyd edib ki, Rusiyanın Avropa ilə müharibə etmək niyyəti yoxdur, lakin qarşı tərəfin belə bir addımına həmişə hazırdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv