Ya dəli olmalısan, ya da kefli

Ya dəli olmalısan, ya da kefli






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Azərbaycan, #Demensiya, #Hadisə, #Həkim, #Körpə, #Kubra Məhərrəmova, #Masallı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kubra Məhərrəmova yazır…

İllərdir mediada çalışdığım üçün bizim cəmiyyətin hər üzünü görmüşəm. Atanın balanı şərləməsindən tutmuş, qardaşın bacısını qumarda uduzmasına kimi. Gəl ki, bu barədə danışıb-deyəndə olursan düşmən…

Elə buna görə də bizim cəmiyyəti anlaqlı, yəni ayıq başla anlamaq mümkün deyil. Ya gərək dəli olasan, ya da kefli.

Amma cəmiyyətimizdə dəli olmaq da mümkün deyil. O dəqiqə adamı döyürlər.

Üzə çıxan məsələ ilə bağlı qısa xülasə verim. Maştağa qəsəbəsində yerləşən Respublika Psixiatriya Xəstəxanasında pasiyentlərdən birinin xəsarət aldığı iddia edilir. “Teleqraf”ın xəbərinə görə, Masallı rayon sakini Telman Abdulhüseynov ailə üzvləri tərəfindən demensiya diaqnozu ilə noyabrın 29-da müəssisəyə yerləşdirilib.

Dünən isə xəstə naməlum şəraitdə xəsarət alıb. T.Abdulhüseynovun oğlu bildirir ki, atasının aqressiv davranışları olmayıb. Onun sözlərinə görə, xəsarətlər xəstəxana əməkdaşları tərəfindən döyülmə nəticəsində yaranıb.

İndi təbii ki, müvafiq qurumlar açıqlama verəcəklər ki, xəstə təsadüfən yıxılıb və s.

Mən də inanmaq istəyirəm ki, psixiatriya xəstəxanasında xəstələr özləri yıxılır, üz-gözünü göyərdirlər. Mehriban tibb personalı isə onların qayğısına qalır.

Amma içimdəki şübhələr mənə deyir ki, öz pulunla ən bahalı klinikalar gedirsən, az qalırlar birgə gəldiyin xəstəni də, səni də döysünlər.

Ya dəli olmalısan, ya da kefli

Özəl klinikalarda həkimlər bir yana (təbii ki, hamısı yox) onların assistentləri də adamla elə danışır, elə bil bütün klinikaya borcun var.

Pasiyentə qarşı elə davranırlar ki, sanki sən onlardan pul alırsan. Bir pafos, bir danışıq, bir işvə-naz, elə bil klinika deyil, teatrdır.

Sonra da deyirik ki, niyə Azərbaycandan Mariya Küri çıxmayıb?

Bu hələ pulunu verib getdiyin klinikalardır. Allah göstərməsin, xəstənin vəziyyəti ağır olsa, beş-on min depozit almamış heç kimə yaxın durmurlar. Mən hələ reanimasiyadan danışmıram.

Gördüklərimdən belə qənaətə gəlirəm ki, bizim klinikalarda fəaliyyət göstərən əksər reanimasiya şöbələri cəhənnəmin yerdəki ofisidir. Adamı öz pulu ilə öldürürlər. Allah heç kimi o qapıya salmasın, amin.

İndi keçək dövlətin vətəndaşlara təqdim etdiyi tibbi sığortaya. Əvvəla ondan başlayaq ki, işləyən (rəsmi iş yeri olan) hər bir kəs aldığı maaşa görə sığorta haqqı ödəyir. Yəni bu halda da vətəndaş ödəniş edir.

Amma vətəndaşa tibbi yardım lazım olanda növbə əlindən, göstəriş əlindən həkimin qapısına çata bilmir. Xəstəxana dəhlizlərində ya huşunu, ya da ağlını itirir. Yenə də çıxılmaz halda üz tutur özəl klinikalara.

Bir sözlə, fərq eləmir, pullu və ya pulsuz, etiraf etməliyik ki, xəstə bütün hallarda döyülür – sözlə, münasibətlə, davranışla.

İndi bir də təsəvvür edək ki, bu xəstənin psixi problemləri var, qeyri-adekvatdır.

Qapalı yerdədir, yaxınları onu adi xəstəxanada olduğu kimi, müşahidə edə bilmirlər.

Daha bir nümunə, 2023-cü ildə il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V.-nin yemək yeyərkən başının arxa hissəsindən şillə vurulması nəticəsində boğularaq ölməsi barədə xəbərlər yayıldı. Sabunçu Rayon Prokurorluğunda araşdırma aparıldı. Məhkəmə-tibbi ekspertiza isə dedi ki, “şəxsin ölümünə səbəb tənəffüs yolları, udlaq və qırtlağın yad cisimlə tutulması nəticəsində baş vermiş mexaniki asfiksiya (boğulma) olub”.

Bu məsələ də belə…

Amma bu qəbildən olan hadisələr ancaq xəstəxana və klinikalarda baş vermir.

Axı bizə uşaq evlərində baş verənlər barədə də vaxtaşırı müəyyən siqnallar verilir. Həmin uşaq evlərində böyüyənlər bu barədə illər keçəndən sonra danışırlar – döyüldüklərini, ac-susuz, zorakılığa məruz qaldıqlarını.

Onlara cəmiyyət inanmır ki, uşaqdırlar, psixoloji problemi olan şəxsə inanmırlar ki, “dəlidir”.

Bəzi ağxalatlı “həkimlər” və “tərbiyəçilər” isə işlərini görürlər…

Sizə bir hadisəni də xatırladım.

2018-ci ildə Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 24 nəfər həyatını itirdi. Yanğında həyatını itirən xəstələrin yaxınları belə bir qənaətə gəlmişdi ki, ya həmin xəstələr çarpayıya bağlanılıb, ya da onları xilas etmək üçün xəstəxana personalı cəhd etməyib. Əlimizdə sübut olmadığı üçün bu məsələni iddia adı altında qeydə alırıq.

Daha bir yanğın 2024-cü il yanvarın doqquzunda paytaxtın ən şan-şöhrətli xəstəxanası “Respublika Perinatal Mərkəzi”ində baş verdi. Yeddi körpə həyatını itirdi. Şahid ifadələrində isə bildirildi ki, bu, mərkəzdə ilk yanğın olmayıb. Kiçik yanğınları söndürüblər və heç kim xəbər tutmayıb.

O məsələni də elə bağlayıblar. Biz isə inanmaq istəyirik ki, dispanserlərdə psixi xəstələrlə davranış ürəkaçandır…


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv