Anar: “27 ildir bir roman üzərində işləyirəm”

Anar: “27 ildir bir roman üzərində işləyirəm”






presstv

"Presstv"az #Ailə, #Hadisə, #Kitab, #Xalq şairi, #Yazıçı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Demək olar ki, 27 ildir bir roman üzərində işləyirəm. Desəm ki, hər gün işləyirəm, yalan olar. Yəni hər gün yazmıram – bəzən yay aylarında işləyirəm, sonra əsərin üzərində yaradıcılıq prosesi müəyyən müddət dayanır, bir ildən sonra yenidən ona qayıdıram”.

presstvaz xəbər verir ki, bunu yazıçı Anar AZƏRTAC-a müsahibəsi zamanı deyib.

“Bir sözlə, roman çox uzandı. Romanın adı “Olan oldu, keçən keçdi”dir. Bu əsər bir növ ailə romanıdır. Bizim ailəmizin tarixidir. Eyni zamanda, üç əsri əhatə edir. XIX əsrin sonundan başlayaraq XX və yaşadığımız XXI əsri. Bir ailənin timsalında həmin dövrün ictimai-siyasi hadisələri, insan münasibətləri, dostluqlar, düşmənliklər, Qarabağ məsələsi, ermənilərlə toqquşmalar və bir çox digər məqamlar bədii şəkildə təsvir olunur. Ümid edirəm ki, əsəri ilin sonuna kimi çap etdirəcəyəm, bu da mənim bu il gördüyüm ən böyük işlərdən olacaq.

Bununla yanaşı, son illər bir neçə kitabım nəşr olunub. Buna misal olaraq, “2=3+4, yaxud iki ailədə üç Xalq yazıçısı, dörd Xalq şairi”, “Yaşamaq haqqı”, eləcə də xarici ölkələrdə bir sıra kitablarım çap olunub. Qəribəlik odur ki, çoxu oxumur, izləmir, sonra da deyirlər ki, sən niyə yazmırsan? Deyirəm, necə yazmıram?”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv