Azərbaycanda kasetli silahlardan zərərçəkənlərin sayı açıqlanıb

Azərbaycanda kasetli silahlardan zərərçəkənlərin sayı açıqlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Füzuli, #Hadisə, #Mətbuat konfransı, #Müharibə, #Şuşa, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi (İB) ölkədə kasetli silahlardan zərərçəkənlərin sayını açıqlayıb.

presstvaz-ın məlumatına görə, İB-nin sədri Hafiz Səfixanov bu gün keçirilən mətbuat konfransında bildirib ki, təşkilat ölkə ərazisində kasetli silahlardan zərərçəkənlərlə bağlı monitorinq keçirib.

Azərbaycanda kasetli silahlardan zərərçəkənlərin sayı açıqlanıb

“Monitorinq azad olunmuş ərazilərlə yanaşı, Yevlax, Gəncə, Mingəçevir Goranboy, Beyləqan, Ağdam və Şuşada keçirildi. Məlum oldu ki, həmin silahlar Birinci Qarabağ müharibəsində də Azərbaycana qarşı istifadə olunub. Tədqiqat zamanı Füzuli, Beyləqan, Bərdə, Ağdam, Goranboy, Şuşa, Mingəçevir şəhərlərinə də kasetli bombalar atıldığı məlum oldu. 1991-ci ildən 2025-ci ilə qədər baş verən kasetli mina hadisələri nəticəsində 233 nəfər mülki şəxs kasetli silahlardan zərər görüb. Onlardan səkkizi uşaq (beş qız, üç oğlan), 13-ü qadın olmaqla 51 nəfər həlak olub,182 nəfər xəsarət alıb. Vətən müharibəsindən sonra 12 nəfər kasetli silahdan zərər çəkib. Onlardan yeddisi hərbi qulluqçu, beş nəfəri isə mülki şəxslərdir.

Həmçinin Vətən müharibəsi dövründə 21 hərbçi kasetli silahdan zərər görüb. Onlardan iki nəfər həlak olub”, – deyə o qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv