Rəbiyyə Müseyibzadə: “Dual təhsildə normativ hüquqi bazanın hazırlanması planlaşdırılır”

Rəbiyyə Müseyibzadə: “Dual təhsildə normativ hüquqi bazanın hazırlanması planlaşdırılır”






presstv

"Presstv"az #Peşə təhsili, #Peşə Təhsili üzrə Dövlət Agentliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2027-30-cu illərdə Dual təhsildə (iş yerində öyrənmə) normativ hüquqi bazanın hazırlanması planlaşdırılır”.

presstvaz xəbər verir ki, bunu dekabrın 2-də təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşə təhsili sektorunun aparacı məsləhətçisi Rəbiyyə Müseyibzadə açıqlayıb.

O bildirib ki, Dual təhsil sistemində tənzimləyici normativ-hüquqi bazanın olmaması müəyyən çətinliklər yaradır:

“Bu çətinliklərin aradan qaldırılması istiqamətində 2027-30-cu illər ərzində sözügedən təhsil sistemində normativ hüquqi bazanın hazırlanması planlaşdırılır. Bunun üçün ilk növbədə Dual Təhsilin “Peşə təhsili haqqında” qanuna inteqrasiya edilməsi lazımdır.

Həmçinin Dual təhsilin keçirilməsi üzrə çərçivə sənədlərin hazırlanması, peşə təhsili müəssisəsələrinin və iş götürənlərin öhdəliklərinin müəyyənləşdirilməsi, təhsilalanların və təhsilverənlərin əməyinin ödənişi üzrə tənzimləyici qaydalar tərtib edilməsi, keyfiyyətin ölçülməsi üzrə mexanizmlərin, etik davranış kodeksinin təsdiqlənməsi əsas ehtiyac və hədəflərdəndir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv