ABŞ təhlükəli hesab olunan miqrantların vizalarını ləğv etdi

ABŞ təhlükəli hesab olunan miqrantların vizalarını ləğv etdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Deportasiya, #Donald Tramp, #Əfqanıstan, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Marko Rubio və onun başçılıq etdiyi Dövlət Departamenti ölkə üçün təhlükəli hesab olunan bəzi qanuni miqrantların vizalarını ləğv edib.

presstvaz-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “Fox News”a müsahibəsində məlumat verib.

“O, (Rubio) səlahiyyətlərindən istifadə edərək, ABŞ-a qanuni yolla gələn, lakin ölkəmiz üçün risk yaradan, əvvəlcədən girişlərinə icazə verilməməli olan çox sayda şəxsin vizalarını ləğv edib”, – deyə Livitt bildirib.

Onun sözlərinə görə, Dövlət Departamenti ABŞ vizası almaq istəyənlər üçün tələbləri və yoxlama prosedurlarını əhəmiyyətli dərəcədə sərtləşdirib.

Qeyd edək ki, daha əvvəl ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) xarici vətəndaşların sığınacaq üçün müraciətlərinə baxılmasını müvəqqəti olaraq dayandırıb. ABŞ Prezidenti Donald Trampın müvafiq açıqlamasından sonra onun administrasiyası sığınacaq istəmək üçün ölkəyə gələnlərin deportasiyasının planlaşdırıldığını və üçüncü dünya ölkələrindən olan insanların qəbulunun, yerləşdirilməsinin qeyri-müəyyən müddətə dayandırılacağını açıqlayıb.

Öz növbəsində Rubio ABŞ hakimiyyətinin Əfqanıstan vətəndaşları üçün vizaları məhdudlaşdırdığını açıqlayıb. Bu addım ötən həftə Ağ Ev yaxınlığında baş verən və Əfqanıstan vətəndaşının şübhəli bilindiyi atışmadan sonra atılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv