Urqant və Pozner Rusiyanı tərk EDİRLƏR

Urqant və Pozner Rusiyanı tərk EDİRLƏR






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın “Birinci” kanalın ulduzları İvan Urqant və Vladimir Pozner artıq iki ildir ki, efirdən kənarda qalıb.  

presstvaz    bildirir ki, teleaparıcılar Avropada işləmək üçün Rusiyanı tərk etmək qərarına gəliblər.

Onlara İsveçrə, Niderland və Almaniyaya qastrol səfəri təklif olunub. May və iyun aylarında onlar Sürix, Amsterdam, Berlin və Frankfurt-Mayndə konsert verəcəklər.

Aparıcılar “Pozner və Urqantın səyahətləri” proqramı ilə Avropa səhnələrində çıxış edəcəklər. Onların konsertlərinin biletləri artıq Avropa saytlarında satışa çıxarılıb. Amsterdamdakı tamaşaya görə 59 avrodan 300 avroya qədər pul ödəməli olacaqlar. Sürix (İsveçrə) və Almaniyada biletlərin qiyməti təxminən eynidir – 49 avrodan 249 avroya qədər.

İvan şair, yazıçı, dramaturq, bədii nəğmə janrının banilərindən olan Bulat Okudjavanın yubiley konserti ətrafında yaranan qalmaqaldan dərhal sonra Gürcüstana gedib.

Teleaparıcının Çaykovski adına konsert zalında məşhur bardın anadan olmasının 100 illiyi şərəfinə təşkil olunan yaradıcılıq gecəsində çıxış edəcəyi güman edilib. Urqant “Belarus vağzalı” filmində nənəsi, sovet aktrisası Nina Urqantın ifa etdiyi “Bizə bir qələbə lazımdır” mahnısını oxuyacaqdı. Lakin onun adı konsertin afişasında olub. Son anda isə İvanın çıxışı ləğv edilib.

Qeyd edək ki, teleaparıcı 2022-ci ildən bəri federal televiziya kanallarının ekranlarında görünmür. “Axşam Urqantla” əyləncə şousunun çəkilişləri dayandırıldıqdan sonra gözlərdən itib.

İvanın Rusiyadan mühacirət etdiyi barədə şayiələr olsa da şoumen onları qətiyyətlə təkzib edib. O, yenidən televiziya işinə nə vaxt qayıdacağı sualını cavabsız qoyub. \bizim.media/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv