Simnar Məmmədov: “Təhsil proqramlarının yenilənməsi birbaşa kadr tələblərinə bağlıdır”

Simnar Məmmədov: “Təhsil proqramlarının yenilənməsi birbaşa kadr tələblərinə bağlıdır”






presstv

"Presstv"az #Dərslik, #Peşə təhsili, #Peşə Təhsili üzrə Dövlət Agentliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“İnfrastruktur sahəsində görülən işlər nəticəsində bu illər ərzində peşə təhsilinin maddi-texniki bazası və tədris infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da əmək bazarının və iqtisadiyyatın real tələblərinə uyğun bacarıqlara sahib kadrların hazırlanmasına xidmət edir”.

presstvaz xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Məmmədov səsləndirib.

O bildirib ki, peşə təhsili kontekstində bu struktur və infrastrukturun mövcudluğu işəgötürənlərlə əməkdaşlıq çərçivəsində tələb olunan bacarıqların verilməsinə şərait yaradır və peşə təhsilinin kadrları müvafiq ixtisaslara sahib olmaqla xidmət göstərən mütəxəssislər kimi formalaşırlar:

“Digər bir mühüm istiqamət isə məzmun və keyfiyyət məsələsidir. Bu dövr ərzində mənzərəyə diqqət etsək, artıq 100-dən çox modul və iqtisadiyyatla bağlı dərslik, eləcə də təhsil proqramı peşə təhsilində tətbiq olunur. Təhsil proqramlarının yenilənməsi birbaşa kadr tələblərinə bağlıdır”.

Simnar Məmmədov əlavə edib ki, peşə təhsili üzrə kadr tələblərinə uyğun istiqamətlər mütəmadi şəkildə çevik formada təhlil edilir və yenilənir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv