Yasamalda yanğında üç nəfərin öldüyü binanın TƏMİRİNƏ BAŞLANILDI

Yasamalda yanğında üç nəfərin öldüyü binanın TƏMİRİNƏ BAŞLANILDI






presstv

"Presstv"az #Audi, #Hadisə, #Təmir işləri, #Yanğın hadisəsi, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tüstüdən qaralan işıqsız koridorlar və his qoxan divarlar… Söhbət təxminən 10 gün əvvəl Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın hadisəsinin baş verdiyi yaşayış binasından gedir.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, faciədən sonra binada yanğının fəsadlarının aradan qaldırılmasına və təmir işlərinə başlanılıb.

Sakinlərin verdiyi məlumata görə, təmir işləri artıq intensivləşib: “Burada artıq ikinci mərtəbədən başlayaraq təmir işləri başlanılıb. Artıq bu gün konkret olaraq təmir işlərinə başlanılıb. Hazırda bizə söz də verilib ki, bu günlərdə qismən bir xəttin bərpa olunması yolu ilə işıq verilsin”.

Yanğın nəticəsində 17 mərtəbəli bina boşaldılıb və sakinlər başqa evlərdə müvəqqəti məskunlaşdırılıblar. Lakin cəmi bir neçə mənzildə getməyə yeri olmayan sakinlər qalıblar.

Təmir işlərinin tam başa çatması və binanın normal yaşayış rejiminə qayıtması üçün işlər davam etdirilir.

Daha ətraflı videomaterialda:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv