Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edilib

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edilib






presstv

"Presstv"az #Audi, #İlham Əliyev, #Naxçıvan Muxtar Respublikası, #Sərəncam, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dekabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilmiş, nazir vəzifələrini müvəqqəti icra edən Rəşadət Nabatov kollektivə təqdim olunub.

presstvaz xəbər verir ki, Naxçıvan MR baş nazirinin birinci müavini Elşad Əliyev Naxçıvan MR səhiyyə nazirinin vəzifəsindən azad edilməsi və Rəşadət Nabatovun səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilməsi haqqında Ali Məclis sədrinin sərəncamını kollektivin diqqətinə çatdırıb. O əlavə edib ki, səhiyyə naziri vəzifələrinin müvəqqəti icrası Rəşadət Nabatova həvalə edilib.

Elşad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlardan, xüsusilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edib. Vurğulayıb ki, səhiyyənin müasir tələblər əsasında inkişafı dövlət proqramında əsas prioritetlərdən biri kimi müəyyən edilsə də, səhiyyə sektorunda nəzərdə tutulan vəzifələrin icrasında gecikmələr və qeyri-dəqiqliklər müşahidə olunub.

Rəşadət Nabatov göstərilən yüksək etimada görə minnətdarlığını bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv