Ombudsman Cenevrədə BMT-nin Biznes və İnsan Hüquqları Forumunda iştirak edib

Ombudsman Cenevrədə BMT-nin Biznes və İnsan Hüquqları Forumunda iştirak edib






presstv

"Presstv"az #Azərbaycan, #İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), #Səbinə Əliyeva

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Biznes və İnsan Hüquqları Forumunda iştirak edib.

presstvaz bildirir ki, müvəkkil forum zamanı müzakirələrdə ölkəmizdə biznesin inkişafı və sahibkarlığın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər, biznes və insan hüquqları sahəsində görülən işlər barədə ətraflı məlumat verib.

Ombudsman işğaldan azad edilmiş ərazilərimizdə mina probleminin davam etdiyini, bu məsələnin bölgənin inkişafına, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsinə ciddi maneə yaratdığını bildirib. Səbinə Əliyeva həmin ərazilərdə Ombudsman təsisatı tərəfindən müntəzəm olaraq monitorinqlərin aparıldığını və monitorinqlərin nəticələri barədə müvafiq beynəlxalq təşkilatlara məlumatların təqdim edildiyini diqqətə çatdırıb.

Ombudsman, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə məsuliyyətli biznes fəaliyyətinin, sosial-iqtisadi həyatın bərpası məqsədilə torpaqlarımızın minalardan təmizlənməsində dəstək göstərilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Forum çərçivəsində Ombudsman Səbinə Əliyeva BMT-nin Biznes və insan hüquqları üzrə İşçi Qrupunun sədri Pichamon Yeophantong ilə görüşüb. Görüş zamanı Səbinə Əliyeva Ombudsman təsisatı tərəfindən Azərbaycanda biznes və insan hüquqları sahəsində hazırlanmış milli qiymətləndirmə sənədi barədə məlumat verib, həmçinin gələcək əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv