Honkonqda yaşayış kompleksindəki yanğınla bağlı 13 nəfər saxlanılıb

Honkonqda yaşayış kompleksindəki yanğınla bağlı 13 nəfər saxlanılıb






presstv

"Presstv"az #Audi, #Çin, #Hadisə, #Honkonq, #Yanğın hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Honkonq hökumət orqanları ötən həftə yaşayış kompleksində baş vermiş yanğınla əlaqədar ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə 13 nəfəri saxlayıblar.

presstvaz bu barədə Çin KİV-ə istinadən xəbər verir.

Yanğın hadisəsi üzrə aparılan istintaq tədbirləri çərçivəsində məlum olub ki, kompleks ərazisindən toplanmış 20 tikinti toru nümunəsindən yeddisi yanğınadavamlılıq standartlarına cavab verməyib.

Güman edilir ki, bu tor parçaları tezalışan poliuretan köpüklə birləşərək alovun sürətlə yayılmasına səbəb olub.

Xatırladaq ki, noyabrın 26-da Honkonqun Tai Po rayonunda təxminən 4 min nəfərin yaşadığı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib. Yanğın nəticəsində azı 150 nəfər həyatını itirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv