Daha bir tibb müəssisəsinə sümük iliyi köçürməsi etməyə icazə verildi

Daha bir tibb müəssisəsinə sümük iliyi köçürməsi etməyə icazə verildi






presstv

"Presstv"az #Audi, #Əli Əsədov, #Nazirlər Kabineti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilib.

presstvaz xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiqlənmiş siyahının on dördüncü sətrinə “sümük iliyi” sözləri əlavə edilib.

Bununla “Bona Dea” Beynəlxalq Xəstəxanası ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası ilə yanaşı, sümük iliyi köçürməsi də edə biləcək.

Qeyd edək ki, sümük iliyi köçürən tibb müəssisələri sırasına, həmçinin “Mərkəzi Klinika” MMC, Respublika Müalicəvi Diaqnostika Mərkəzi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC daxildir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv