Dövlət qurumlarının 31 nəqliyyat vasitəsi satışa çıxarılacaq

Dövlət qurumlarının 31 nəqliyyat vasitəsi satışa çıxarılacaq






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #avtomobillər, #Dövlət Reklam Agentliyi, #Ədliyyə Nazirliyi, #Hərrac, #Nəqliyyat, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gələn il yanvarın 27-də dövlət qurumlarına məxsus nəqliyyat vasitələri və avadanlıqlar hərraca çıxarılacaq.

presstvaz Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, siyahıya Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Reklam Agentliyi, “Aqrarkredit” QSC, “Azəristiliktəchizat” ASC, Dövlət Ehtiyatları Agentliyi, Səhiyyə Nazirliyi və Prezidentin İşlər İdarəsi kimi qurumların balansında olan avtomobillər, avtobuslar, yarımqoşqular və digər avadanlıqlar daxildir.

Hərraca çıxarılan ən ucuz avtomobil Dövlət Ehtiyatları Agentliyinə məxsus 1990-cı il buraxılışlı QAZ-2411-dir. Avtomobilin start qiyməti 800 manatdır. Hərracda təqdim olunan nəqliyyat vasitələri arasında ən bahalısı 14 min 500 manat start qiyməti ilə “Aqrarkredit” QSC-yə məxsus 2010-cu il istehsalı “Mercedes-Benz E350″dir.

Hərracda ümumilikdə 31 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Prezidentin İşlər İdarəsinin “Zuğulba” İqamətgahına məxsus müşavirə zalı üçün stol 16 min manat start qiyməti ilə hərraca çıxarılacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv