Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb

Azərbaycanda İİV-lə yaşayanların sayı açıqlanıb






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda 1987-ci ildən 2025-ci ilin üçüncü rübünün sonunadək insanın immunçatışmazlığı virusu (İİV) infeksiyası ilə yaşayan 11 min 260 nəfər Respublika Qazanılmış İmmunçatışmazlığı Sindromu ilə (QİÇS) Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

presstvaz xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat yayıb.

Bildirilib ki, onlardan 70%-i kişilər, 30%-i isə qadınlardır:

“Ümumilikdə, Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb. İİV-ə yoluxmaya yüksəkmeyilli risk qrupları, həmçinin ümumi əhali arasında məqsədyönlü şəkildə icra olunan və həyata keçirilən müxtəlif istiqamətli əks-epidemik və profilaktik tədbirlərin nəticəsidir ki, Azərbaycan Şərqi Avropa və Mərkəzi Asiya regionuna daxil olan ölkələr arasında İİV-in yayılma göstəricisi ən aşağı olan ölkələrdəndir”.

Xatırladaq ki, 1988-ci ildən etibarən hər il dekabrın 1-i dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv