Azərbaycanda 71 yaşlı şəxs özünə QR-kodlu başdaşı düzəltdirdi

Azərbaycanda 71 yaşlı şəxs özünə QR-kodlu başdaşı düzəltdirdi






presstv

"Presstv"az #Audi, #QR-kod, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

71 yaşlı İmaməli Cavadov sağlığında özünə məzar qazdırıb, başdaşı düzəltdirib və üzərinə QR-kod əlavə etdirib. QR-kod vasitəsilə onun məzarına gələnlər Cavadov haqqında məlumat əldə edə biləcəklər.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, belə addım atmasına səbəb onun ağır xəstəlikdən sağalması olub. O bildirir ki, üç övladı var və övladları bu işi atasının özünün həyata keçirməsini daha məqsədəuyğun hesab ediblər.

Məzar daşlarına QR-kod yerləşdirən mütəxəssis isə bunun ilk belə sifariş olduğunu deyib. Onun sözlərinə görə, sağ ikən öz başdaşını sifariş edən şəxslə qarşılaşmaq onu təəccübləndirib.

İmaməli Cavadov qeyd edib ki, atası ona sadə başdaşı vəsiyyət edib. Buna görə o da ata-anasının məzar daşından hündür olmayan sadə bir başdaşı hazırlatdırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv