Tramp Maduronu hədələdi

Tramp Maduronu hədələdi






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Nikolas Maduro, #təyyarə, #Venesuela, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronu vəzifəsindən getməyəcəyi təqdirdə güc tətbiqi ilə hədələyib.

presstvaz AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat verib.

"Tramp Maduroya bildirib ki, könüllü olaraq istefa verməsə, ABŞ güc tətbiqi də daxil olmaqla digər variantları nəzərdən keçirəcək", – deyə məlumatda bildirilir.

Bir gün əvvəl Tramp Venesuela üzərində hava məkanının bağlandığını elan etmişdi. Bəyanat Karib dənizində ABŞ hərbi qüvvələrinin artması fonunda verilib.

"Washington Post" qəzeti ABŞ hərbi təyyarələrinin Venesuela ətrafındakı ərazilərdə daim patrul xidməti apardığını bildirib. Amerika mediası dəfələrlə ABŞ-ın tezliklə hücum edə biləcəyini bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv