Binəqədidə qəzalı bina: Sakinlər illərdir təhlükə altında yaşayırlar

Binəqədidə qəzalı bina: Sakinlər illərdir təhlükə altında yaşayırlar






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Binəqədi Rayon İcra Hakimiyyəti, #Binəqədi rayonu, #Hakim, #Qəzalı bina, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Binəqədi rayonu, 3-cü mədən, 121-ci korpusda yaşayan sakinlər illərdir qəzalı vəziyyətdə olan binada ömür sürürlər.

Onlar dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir cavab almayıblar.

“Sakinlərin bir qismi artıq binanı tərk edərək kirayədə yaşayır. İçəridə yaşaya-yaşaya bina uçub tökülür. İritonnajlı maşınlar yoldan keçəndə evlər silkələnir”, – deyə sakinlərdən biri narazılığını dilə gətirib.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, bina xüsusi təyinatlı olduğu üçün onların bazasında deyil. Tikili Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Birliyinə məxsusdur.

Bakı Şəhər İcra Hakimiyyəti isə binanın qəzalı vəziyyətdə olduğunu təsdiqləyərək bununla bağlı Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi müraciətin edildiyini vurğulayıb.

Sonuncular isə bundan məlumatlı olduqlarını və yaxın zamanda sakinlərlə söhbət aparılacağını bildiriblər.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv