Hakan Fidan: “Putin atəşkəsə hazırdır”

Hakan Fidan: “Putin atəşkəsə hazırdır”






presstv

"Presstv"az #Audi, #Avropa, #Hakan Fidan, #Liviya, #Müharibə, #Münaqişə, #Rusiya, #Suriya, #Türkiyə, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə və hərtərəfli sülh razılaşmasını qəbul etməyə hazırdır”.

presstvaz xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Welt am Sonntag” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda Rusiya-Ukrayna münaqişəsi ilə bağlı müzakirə edilən sülh sazişi təkcə Ukraynadakı müharibəni başa çatdırmaq üçün deyil, həm də bütün Avropada davamlı sabitlik baxımından önəmlidir:

“Rusiya və Ukrayna hökumətlərinin sülh sazişi üçün istəklərinin getdikcə artdığını müşahidə edirəm. Bu müharibə Rusiyaya iqtisadi və sosial baxımdan zərər verir. Sülh sazişi əldə olunarsa, bölgədə 70 il, bəlkə də daha çox müddətə sülh təsis edilə bilər”.

Fidan xatırladıb ki, Türkiyə Suriya və Liviyada Rusiya ilə birbaşa üz-üzə gəlib:

“Bu baxımdan Avropa ölkələri ilə Rusiya tərəfindən hibrid hücumlar kimi bir çox oxşar təcrübələr yaşadıq. Lakin Avropadan fərqli olaraq Rusiya ilə dialoqu heç vaxt dayandırmadıq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv