Məktəbin həyətində infarkt keçirən Eşqin ölümündən əvvəl BƏRK QORXUBMUŞ

Məktəbin həyətində infarkt keçirən Eşqin ölümündən əvvəl BƏRK QORXUBMUŞ






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Bakı, #Cəbrayıl, #Hadisə, #Sabunçu rayonu, #Təcili Tibbi Yardım, #Vəfat edib, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qorxu keçirən 17 yaşlı gənc bir il əvvəl bitirdiyi məktəbin qarşısındakı həyətdə vəfat edib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 94 nömrəli məktəbin qarşısında baş verib.

17 yaşlı Eşqin Məhi oğlu Rüstəmov yaxın dostlarının əhatəsində dünyasını dəyişib. Məlumata görə, onun ayağının altına atılan pirotexniki vasitə partlayıb və yeniyetmə bu səbəbdən kəskin həyəcan keçirib.

Hadisə anında Eşqin Rüstəmovun yanında olan həmyaşıdları da partlayışdan sonra onun ciddi təşviş yaşadığını bildiriblər.

Hadisə şahidlərindən Fidan Hüseynovanın sözlərinə görə, təcili tibbi yardım ilkin yardım göstərdikdən sonra ərazidən uzaqlaşıb, lakin daha sonra Eşqinin səhhəti yenidən pisləşib.

Mərhumun qonşuları qeyd ediblər ki, Eşqin Rüstəmovun ailəsi əslən Cəbrayıl rayonundandır. O, ailənin tək oğlu olub və bir bacısı var.

29 noyabr, 20:24

Bakıda gənc oğlan məktəbin həyətində ölüb.

presstvaz xəbər verir ki, 17 yaşlı Eşqin Məhi oğlu Rüstəmovun infarktdan öldüyü bildirilir.

17 yaşlı oğlanın fotosunu təqdim edirik:

Məktəbin həyətində infarkt keçirən Eşqin ölümündən əvvəl BƏRK QORXUBMUŞ

29 noyabr, 12:36

Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Eşqin Məhi oğlu Rüstəmov infarktdan ölüb.

presstvaz APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsində yerləşən 94 saylı məktəbin həyətində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv