Nəqliyyat eksperti: “Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb”

Nəqliyyat eksperti: “Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb”






presstv

"Presstv"az #ASAN xidmət, #Audi, #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Hakim, #Nəqliyyat, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ziya Bünyadov prospekti 152 saylı dayanacaqdan 2, 7A, 7B, 9, 27, 93 və 211 nömrəli marşrut avtobuslarının keçməsi səbəbindən, xüsusilə 7 saylı “ASAN xidmət” istiqamətində və əksinə çox intensiv piyada axını müşahidə olunur. Mövcud vəziyyətdə səki boyunca yerləşən hasar və digər maneələr piyadaların hərəkətini xeyli çətinləşdirir və təhlükəsizlik baxımından arzuolunmaz şərait yaradır”.

presstvaz xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert bildirib ki, səkinin genişləndirilməsi və maneələrin aradan qaldırılması ilə bağlı müraciətindən təxminən 9 ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb:

“Düşünürəm ki, bu istiqamətdə daha səmərəli koordinasiya problemin qısa müddətdə aradan qaldırılmasına yardımçı ola bilər.

Nəqliyyat eksperti: Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb

Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il, 456 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər Dövlət Proqramı”nın Tədbirlər Planının 8.1.6.7-ci bəndinə əsasən:

Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi, səkilərin normativ tələblərə uyğun vəziyyətə gətirilməsi, mövcud səki zolaqlarında zəbt hallarının aradan qaldırılması Bakı Şəhər İcra Hakimiyyətinin məsuliyyət dairəsinə daxildir.

Bu baxımdan, qeyd olunan ərazi üzrə səkilərin normativ uyğunluğunun təmin olunması, maneələrin aradan qaldırılması və piyadaların təhlükəsiz hərəkətinin təşkil edilməsi ilə bağlı mövcud məsələyə baxılmasını və imkan daxilində operativ şəkildə həll edilməsini rica edirəm”, – ekspert bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv