Türkmənistan kriptovalyuta hasilatını qanuniləşdirir

Türkmənistan kriptovalyuta hasilatını qanuniləşdirir






presstv

"Presstv"az #Audi, #Kriptovalyuta

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov ölkədə kriptovalyuta hasilatını və kriptovalyuta mübadiləsi əməliyyatlarını 1 yanvar 2026-cı il tarixindən etibarən qanuniləşdirən “Virtual Aktivlər haqqında Qanun”u imzalayıb.

presstvaz xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” məlumat yayıb.

Qanun virtual aktivlərin istifadəsi üçün hüquqi və təşkilati çərçivəni müəyyən edir, ölkə daxilində bu sahədə fəaliyyətləri tənzimləyir.

Qanun qiymətli kağızlara, valyutalara, elektron pullara, bank əmanətlərinə və ya qumar oyunlarına şamil edilmir.

Qanuna görə, hasilat fərdi sahibkarlar və hüquqi şəxslər – Türkmənistanın rezidentləri və ya qeyri-rezidentləri tərəfindən həyata keçirilə bilər. Bütün hasilatçılar Mərkəzi Bankda elektron formada məcburi dövlət qeydiyyatından keçməlidirlər. Sertifikat müddətsiz verilir.

Virtual aktiv xidməti təminatçıları (kripto birjaları) yalnız Türkmənistanda qeydiyyatdan keçmiş və tənzimləyici orqanın lisenziyası əsasında fəaliyyət göstərən hüquqi şəxslər ola bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv