Rumıniya parlamenti Baş nazir Bolojana etimadsızlıq göstərir?

Rumıniya parlamenti Baş nazir Bolojana etimadsızlıq göstərir?






presstv

"Presstv"az #Audi, #Hakim, #Jurnalistlər, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rumıniya parlamentinin “Sülh – Rumıniya hər şeydən öncə” fraksiyası bəyan edib ki, ölkənin Baş naziri İliye Bolojan hökumətinə etimadsızlıq votumu proseduruna start verilib. Fraksiya sədri Ninel Peyyanın sözlərinə görə, parlamentin iclasında votumun təsdiqlənməsi üçün lazımi sayda səs toplanıb.

presstvaz xəbər verir ki, bu barədə milli “Agerpres” agentliyi məlumat yayıb.

“Qərar (hökumətə etimadsızlıq votumu haqqında – red.) hökumətin geniş tədbirlər kompleksinin təhlilindən sonra qəbul edilib. Zənnimizcə, bu tədbirlər dövlətin əsas sahələrinin işində ciddi fasilələrə gətirib çıxarıb”, – deyə məlumatda bildirilir.

Deputatların fikrincə, Rumıniya hökuməti vətəndaşların fundamental maraqlarının müdafiəsində uğursuz olub. Söhbət sosial yardım xidmətlərində işçi heyətinin ixtisar edilməsindən, vergilərin artırılmasından, səhiyyədə və təhsil sistemlərində islahatlardan gedir.

Ninel Peyya jurnalistlərə bildirib ki, etimadsızlıq votumunun rəsmi olaraq parlamentə təqdim edilməsi dekabrın 5-nə nəzərdə tutulub. Təşəbbüsü digər müxalif deputatlar və hakim koalisiyanın iştirakçıları da dəstəkləyirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv