“Kral” olmaq asandırmı?

“Kral” olmaq asandırmı?






presstv

"Presstv"az #ABŞ, #Aktyor, #Audi, #Azərbaycan, #Dollar, #PSJ, #Stres, #Təbrik, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elvis Aaron Presli 1935-ci il yanvarın 8-də Missisipi ştatının Tyupelo şəhərində anadan olub. Böyük Elvis! 20-ci əsrin kommersiya baxımından ən uğurlu populyar musiqi ifaçılarından biri. Kantri və blyuz üslublarını birləşdirərək, yeni bir musiqi üslubunu – rokabillini yaradıb və 1950-ci illərin ortalarında “Sun Records”dakı ilk səs yazılarından başlayaraq bu üsluba müraciət edib, “That’s All Right”, “Blue Suede Shoes”, “Tutti Frutti”, “Hound Dog” mahnılarını xüsusi şəkildə yenidən oxuyub.

Əslində, hər şey “Sun Records”dan başlayıb, o zaman heç kimin tanımadığı Elvis 8 dollara özünün ilk albomunu yazdırıb. Bu, 1953-cü ildə baş verib… Şöhrət Elvisə çox tez gəldi. Çox tezliklə onu “Rok-n-rollun kralı” adlandırmağa başladılar. Onun albomlarının satışı bir milyard (!) nüsxəni keçdi. İfaçının 150-dən çox albomu qızıl, platin və multiplatin statusu qazandı. Onlarla albomu hit-paradlarda birinci yerləri tutdu. Sənətçi tərəfindən 786 mahnı yazılıb, bunlardan altısı “Rok-n-rollu formalaşdıran mahnılar” siyahısına daxil edilib. ABŞ-nin “Rolling Stone” jurnalı Preslini bütün zamanların ən böyük müğənniləri siyahısında 3-cü yerə qoydu.

O, 31 bədii filmdə rol alıb. O, “Ölümsüzlər: Bütün dövrlərin 50 ən böyük sənətçisi” siyahısında üçüncü yerdədir!

Bu doğrudur, amma… Elvis Preslinin qısa həyatı (cəmi 42 il yaşayıb) faciələr və məyusluqlarla dolu olub. Bəzi insanlar onu həddindən artıq seksuallıqda və nalayiq davranışda ittiham edərək, əsassız iddialar irəli sürüblər. Onun istedadından milyonlar qazanan kommersiya şirkətləri inanılmaz şərtlərin yerinə yetirilməsini tələb edirdilər. Onun prodüseri – “Polkovnik” Tom Parker “kral”ın fikrini nəzərə almadan müqavilələr bağlayırdı. Sonsuz konsertlər və ABŞ boyu qastrol səfərləri Preslinin əvvəlcə birinci həyat yoldaşı Pritsilla ilə onsuz da çətin olan münasibətlərini, sonra isə digər qadınlarla münasibətlərini çətinləşdirirdi. Stres və bunun nəticəsi olaraq qəbul edilən müxtəlif preparatlar, ehtimal ki, böyük sənətkarın bu cür erkən ölümünə səbəb oldu… Bunu demək çətindir. Bəlkə də buna görə dünya kinematoqrafı belə tez-tez Elvis Preslinin həm faciə, həm də komediya ilə dolu mürəkkəb bioqrafiyasına müraciət edir. Onun irsinə. Onun haqqında onlarla film və serial çəkilib. Onun repertuarından mahnılar isə yüzlərlə filmin saundtrekləri kimi istifadə olunur.

Yeni “Sən kralsan!” müziklinin yaradıcıları da “Rok-n-roll kralı”nın yaradıcılığına müraciət etmək qərarına gəliblər. Müğənninin repertuarından 18 mahnı tamaşanın musiqi təməli kimi istifadə olunub. Bunlar ən məşhur və ən sevilən mahnılardır. Lirik və bəzən inanılmaz dərəcədə ritmik kompozisiyalar Ələkbər Tağızadənin elə öz pyesi əsasında səhnələşdirdiyi tamaşada istedadlı aktyorlar tərəfindən nəql edilən hekayənin ümumi dramaturgiyasına tam şəkildə uyğun gəlir. Xüsusilə şou üçün bütün hitlərin orkestr versiyaları yaradılıb.

Kral olmaq asandırmı?

Kral olmaq asandırmı?

Layihənin musiqi direktoru və dirijoru Cavad Tağızadə inanılmaz bir şeyə nail olub: əsl rok-n-rol klassik simfonik orkestr tərəfindən ifa olunur! Tamaşanın qəhrəmanları arasındakı mürəkkəb münasibətlər, intriqa və etiraflar vokal hissələrində və canlı rəqs nömrələrində davam edir. İnanılmaz səslər və heyrətamiz xoreoqrafiya (baletmeyster Kamilla Əliyeva) unudulmaz bayram ab-havası yaradır. Bəli, bu, ən yaxşı Brodvey nümunələrindən heç də geri qalmayan, böyük “M” hərfi ilə əsl müzikldır. Aktyorlar, musiqiçilər, balet və xor (xormeyster Vaqif Mastanov) sadəcə işləmirlər, onlar bu tamaşada yaşayırlar. Onlar baş verən hər şeyi səmimi qəlbdən yaşayırlar və təcrübələrini tamaşaçılarla bölüşməyə çalışırlar. Hamısı bir nəfər kimi.

Beləliklə! Cəsarətli təcrübələnin heyrətamiz nəticəsi münasibətilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivini təbrik edirik. Onlar müziklin “kralları”na çevrilə bildilər! Üç premyera günü ərzində tamaşaçılar bu qənaətə gəldilər. Amma “kral” olaraq qalmaq nə qədər asandır – zaman göstərəcək!

P.S. Tamaşanın növbəti nümayişi çox tezliklə – dekabrın 6-da baş tutacaq. Biletləri buradan almaq olar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv