Yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı bir sıra qanunlara dəyişiklik edildi

Yetkinlik yaşına çatmayanların müdafiəsi ilə bağlı bir sıra qanunlara dəyişiklik edildi






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Hakim, #İlham Əliyev, #Sərəncam, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyev “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

presstvaz bu barədə President.az-a istinadən xəbər verir.

Azərbaycan Respublikası Ailə Məcəlləsinə edilmiş dəyişikliklə uşaq hüquqlarının həyata keçirilməsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə qəyyumluq və himayəçilik orqanı nəzarət edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinə edilən dəyişikliklə qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunununa edilən dəyişikliklə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi və ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən müvafiq icra hakimiyyəti orqanının həmin uşaqlar üzərində qəyyumluq və himayəçilik təyin edildikdə isə qəyyumluq və himayəçilik orqanının əvvəlcədən razılığı olmalıdır.

Həmçinin “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar:

– yetkinlik yaşına çatmayanların hüquqlarını pozan, yaxud onları qanunazidd əməllər törətməyə təhrik və cəlb edən şəxslərin məsuliyyətə cəlb olunması üçün aidiyyəti dövlət orqanlarına müraciət edilməsini;

– tərbiyə müəssisələrindən, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələrindən buraxılmış yetkinlik yaşına çatmayanlar üçün əmək və məişət şəraitinin yaradılmasında onlara yardım göstərilməsini, dövlət yardımına ehtiyacı olan yetkinlik yaşına çatmayanların müəyyən edilməsini və onlara yardım göstərilməsini, yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər funksiyaların həyata keçirilməsini;

– Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada yetkinlik yaşına çatmayanlar, onların valideynləri və ya digər qanuni nümayəndələri barəsində inzibati tənbeh və bu maddədə nəzərdə tutulmayan digər intizam təsir tədbirlərinin tətbiq edilməsini təmin etməlidirlər.

“Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, dövlət təhsil və tibb müəssisələri, məşğulluq xidməti orqanları, habelə digər müəssisə və təşkilatlar cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu Qanunun və digər qanunvericilik aktlarının tələblərini yerinə yetirməyə borcludurlar.

“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə:

– yetkinlik yaşına çatmayan şəxsin İİV-ə tibbi müayinəsi və müalicəsi zəruri hesab edildikdə və uşağın maraqlarının qorunması tələb etdikdə, lakin valideynin və ya digər qanuni nümayəndənin razılığını almaq mümkün olmadığı təqdirdə bu müayinə və müalicə qəyyumluq və himayəçilik orqanının razılığı ilə aparıla bilər;

– İİV-ə tibbi müayinənin nəticələri barədə məlumat müayinə olunan 16 yaşına çatmamış şəxsdirsə, onun valideynlərinə və ya qəyyumlarına və yaxud müayinə olunan şəxsin müayinə olunmasına razılıq vermiş qəyyumluq və himayəçilik orqanının səlahiyyətli nümayəndəsinə verilir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa edilən dəyişikliklə:

– uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator qəyyumluq və himayəçilik orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır;

– əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə qəyyumluq və himayəçilik orqanına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər;

– mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini qəyyumluq və himayəçilik orqanına təqdim etməyə borcludur.

Həmçinin Prezident “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi barədə və “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərmanlar imzalayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv