Putin ABŞ ilə qarşıdakı danışıqların əsas mövzularını sadalayıb

Putin ABŞ ilə qarşıdakı danışıqların əsas mövzularını sadalayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Lukoil, #Mətbuat konfransı, #Münaqişə, #Qırğızıstan, #Rusiya, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Krım və Donbasın Rusiyaya məxsus olmasının hüquqi cəhətdən tanınması ABŞ tərəfi ilə gələcək danışıqlarda əsas məsələlərdən biri olmalıdır”.

presstvaz Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Putin bildirib ki, gələn həftə Moskvada ABŞ nümayəndə heyəti ilə keçiriləcək görüşdə strateji sabitlik və nüvə silahlarının sınaqdan keçirilməsi məsələləri müzakirə olunacaq.

O, həmçinin ABŞ-nin Ankoricdəki sammitdən sonra “LUKOIL” və “Rosneft” şirkətlərinə sanksiya tətbiq etməsinin səbəbini anlamadığını qeyd edib.

Rusiya lideri əlavə edib ki, köməkçisi Yuri Uşakovla ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqların sızdırılan stenoqramı saxta ola bilər. Onun sözlərinə görə, hər bir halda bu cür danışıqların dinlənilməsi cinayət hesab olunur.

Xatırladaq ki, “Bloomberg” agentliyi oktyabrın 14-də Uitkoff və Uşakov arasında aparılmış söhbətin stenoqramını dərc etmişdi. Həmin danışıqlarda Rusiya və ABŞ liderləri arasında telefon əlaqəsinin Ukraynadakı münaqişənin həllinə necə töhfə verə biləcəyi müzakirə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv