Fransanın Taiti adasında torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var

Fransanın Taiti adasında torpaq sürüşməsi: Ölənlər və itkin düşənlər var






presstv

"Presstv"az #Ailə, #Audi, #Bələdiyyə, #Emmanuel Makron, #Fransa, #Torpaq sürüşməsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fransız Polineziyasının Sakit okeanda yerləşən Taiti adasının Afaahiti kəndində torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində iki ev torpaq altında qalıb. Azı yeddi nəfər həyatını itirib və bir neçə nəfər itkin düşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron öz “X” hesabında paylaşım edib.

Afaahiti kəndində bir həftə davam edən leysandan sonra evlər tamamilə dağılıb. Xilasetmə əməliyyatlarına baxmayaraq, itkin düşən insanlar hələ də tapılmayıblar.

“Yeddi nəfərin həlak olduğu, digərlərinin isə itkin düşdüyü Afaahitidə baş verən faciədə zərərçəkən ailələrə ölkə adından tam dəstəyini ifadə edirəm.

İtkin düşənlərin axtarışında və ərazidə təhlükəsizliyin təmin edilməsində yorulmadan çalışan xilasedicilərin, yanğınsöndürənlərin, jandarmların, bələdiyyə xidmətlərinin, merin və bütün dövlət və milli qurumların fədakarlığını yüksək qiymətləndirirəm”, – deyə Makron yazıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv