Rusiya Ali Məhkəməsi Navalnının yaratdığı fondu terror təşkilatı kimi tanıdı

Rusiya Ali Məhkəməsi Navalnının yaratdığı fondu terror təşkilatı kimi tanıdı






presstv

"Presstv"az #ABŞ, #Ali Məhkəmə, #Audi, #Ədliyyə Nazirliyi, #Hakim, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Ali Məhkəməsi ABŞ hüquqi şəxsi olan Korrupsiyaya Qarşı Mübarizə Fondunun (Anti-Corruption Foundation – AFC) terror təşkilatı kimi tanınması iddiasını təmin edib.

presstvaz-ın xəbərinə görə, bu barədə RBC-ya məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Qərar hakim Oleq Nefedov tərəfindən qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minir.

Korrupsiyaya Qarşı Mübarizə Fondu 2011-ci ildə Aleksey Navalnı tərəfindən qeyri-kommersiya təşkilatı kimi yaradılıb. 2019-cu ilin oktyabr ayında Rusiya Ədliyyə Nazirliyi fondu xarici agent funksiyalarını yerinə yetirən təşkilatlar siyahısına əlavə edib. 2021-ci ilin yazında Moskva Şəhər Məhkəməsi onu ekstremist təşkilat kimi tanıyıb, fəaliyyətini qadağan edib və ləğv edilməsinə hökm verib.

Rusiyada qadağan edildikdən sonra Navalnının tərəfdaşları ABŞ-də yeni bir hüquqi şəxsi – “Anti-Corruption Foundation”u qeydiyyata alıblar. Daha sonra bu təşkilat Rusiya hökuməti tərəfindən xarici agentlər reyestrinə əlavə edilib və daha sonra arzuolunmaz təşkilat kimi tanınıb.

Oktyabrın əvvəlində Korrupsiyaya Qarşı Mübarizə Fondunu ekstremist təşkilat kimi maliyyələşdirdiyinə görə fondun keçmiş rəhbəri Leonid Volkovun (Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi təyin edilib) atası Mixail Volkov cərimələnib.

İstintaqın məlumatına görə, 2021-ci ilin avqust və sentyabr aylarında o, fondun hesabına 1000 rubl (22 manata yaxın) köçürüb. Fond həmin ilin iyun ayında ekstremist təşkilat kimi qəbul edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv