Tibb fəaliyyətlə bağlı sertifikasiya imtahanında iştirak haqqı BİLİNDİ

Tibb fəaliyyətlə bağlı sertifikasiya imtahanında iştirak haqqı BİLİNDİ






presstv

"Presstv"az #Audi, #Əli Əsədov, #Sertifikasiya imtahanı, #Səhiyyə Nazirliyi, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası təsdiqlənib.

presstvaz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qaydalara əsasən, sertifikasiya imtahanının sınaq mərhələsində iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 manat təsdiq edilib.

Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində minimum 250 kredit təsdiq edilib.

Bu Qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 kredit, sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 krediti topladıqda şəhadətnamə əldə edəcəklər.

Tibb mütəxəssislərinin sertifikasiyasını Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası və Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi keçirəcək. İmtahan sualları iki hissədən (test və klinik tapşırıq) ibarətdir və məxfilik gözlənilməklə 3 mürəkkəblik dərəcəsi üzrə tərtib ediləcək. Hazırlanmış suallar toplusunda sualların sayı imtahanda istifadə ediləcək sualların sayından azı 10 dəfə çox olmalıdır. İmtahan sualları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir. Ekspertizadan keçirilmiş imtahan sualları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq ixtisaslar üzrə test bankına daxil edilir və yalnız həmin suallardan istifadə olunur.

İmtahandan keçməyən işçilər 6 ay müddətində müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar imtahan olunmaq məqsədilə öz ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Mərkəzə müraciət edə bilərlər.

İmtahandan keçməyən işçilərin təkrar imtahana qədər 6 ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılacaq. İmtahandan təkrar keçməyən işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq xitam veriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv