“Bakubus”ın ilk qadın sürücüləri sükan arxasında!

“Bakubus”ın ilk qadın sürücüləri sükan arxasında!






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), #İctimai nəqliyyat, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə həyata keçirilən təlim proqramını uğurla tamamlayan xanım sürücülər artıq “BakuBus” MMC-də rəsmi fəaliyyət göstərirlər.

Hazırda qadın sürücülər 141E və 121E nömrəli ekspres marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərirlər. Onların gündəlik fəaliyyətinə “BakuBus” MMC tərəfindən təyin edilmiş təcrübəli mentor-sürücülər tərəfindən peşəkar dəstək təmin edilir.

“BakuBus” MMC ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun artırılmasını əsas prioritet kimi müəyyən edir. Qadın sürücülərin işə cəlb edilməsi ilk növbədə sürücü peşəsinə artan tələbatın qarşılanmasına mühüm dəstək verəcək, eyni zamanda, fəaliyyətin əsas prioritetlərindən olan xidmət keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstərəcək.

İlk fəaliyyət günlərindən etibarən xanım sürücülər peşəkar davranış, yol hərəkəti qaydalarına yüksək riayət və sərnişinlərlə mədəni ünsiyyət nümayiş etdirirlər. Bu amillər ictimai nəqliyyatda xidmət səviyyəsinin daha da yüksəlməsinə töhfə verir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv