“ChatGPT”də səsli danışıq rejimi yeniləndi

“ChatGPT”də səsli danışıq rejimi yeniləndi






presstv

"Presstv"az #Audi, #ChatGPT, #Hava proqnozu, #OpenAI

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“OpenAI” “ChatGPT”də səsli danışıq rejimini yeniləyərək onu əsas söhbət interfeysinə inteqrasiya edib. İndi səsli dialoq zamanı yazışma pəncərəsi açıq qalır və nitqin transkripsiyası real vaxt rejimində göstərilir.

presstvaz xəbər verir ki, bu barədə tərtibatçılar “X” sosial şəbəkəsindəki səhifələrində məlumat veriblər.

Yeniləmə çərçivəsində xidmət daha geniş multimedia imkanları əldə edib: çat-bot istifadəçilərə məhsullara keçidlər göndərə, xəritələri, şəkilləri, habelə real vaxt rejimində söhbət prosesində hava proqnozu vicetlərini göstərə bilər.

Lazım gəldikdə istifadəçilər səsli rejimin əvvəlki formatına qayıda bilərlər. Bunun üçün “Fərdiləşdirmə” bölməsini açmaq, “Ətraflı” bölməsinə keçmək və “Ayrıca rejim”i seçmək lazımdır. Bu rejimdə interfeys animasiyalı kürə şəklində göstərilir və dialoqların mətn transkripsiyası yalnız dialoq bitdikdən sonra əlçatan olur.

İstifadəçilər tənzimləmələrdə kişi və qadın olmaqla, bir neçə səs variantı seçə bilərlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv