Uşakov: “Rusiya ilə ABŞ arasında sülh planı ciddi müzakirə olunmayıb”

Uşakov: “Rusiya ilə ABŞ arasında sülh planı ciddi müzakirə olunmayıb”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Birləşmiş Ərəb Əmirlikləri, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əbu-Dabidə Rusiya ilə ABŞ arasında sülh planı ilə bağlı hələ ciddi şəkildə müzakirə aparılmayıb”.

presstvaz-ın xəbərinə görə, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya 1” telekanalının jurnalisti Pavel Zarubinə müsahibəsində deyib. Müsahibə Zarubinin “Telegram” kanalına yayımlanıb.

“Əbu-Dabidə sülh planı müzakirə olunmayıb. Sülh planı, ümumiyyətlə, detallı şəkildə hələ heç kimlə müzakirə olunmayıb. Biz onu görmüşük, bizə onu veriblər, amma müzakirələr hələ baş tutmayıb. Əlimizdə sənəd var, amma rəsmi deyil. Biz onu heç kimlə müzakirə etməmişik, çünki bu, həqiqətən ciddi şəkildə təhlil tələb edir, bir çox məqamların ekspertlər arasında xüsusi müzakirə olunmasına ehtiyac var”, – deyə Uşakov Əbu-Dabidəki danışıqların yekununa görə sülh planı haqqında hansısa təsəvvürün formalaşıb-formalaşmayacağına dair jurnalistin sualına cavabında bildirib.

O, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Rusiya və Ukrayna xüsusi xidmət orqanlarının ciddi işlər apardığını, mütəmadi olaraq görüşərək, olduqca həssas məsələlər, o cümlədən əsir mübadiləsi ilə bağlı müzakirələr apardıqlarını qeyd edib.

Qeyd edək ki, daha əvvəl ABŞ, Ukrayna və Rusiyanın Əbu-Dabidə qapalı danışıqlar apardıqlarına dair KİV-də məlumatlar yayılmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv