Milli Qəhrəmanın anası İlham Əliyevə təşəkkür məktubu göndərib

Milli Qəhrəmanın anası İlham Əliyevə təşəkkür məktubu göndərib






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #İlham Əliyev, #Milli Qəhrəmanın, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə xanım Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib.

presstvaz xəbər verir ki, Vahimə xanım oğluna Milli Qəhrəman adı verilməsinə görə dövlət başçısına minnətdarlığını çatdırıb.

Məktubda deyilir: “Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına!

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Pəncəli Nurməmməd oğlu Teymurovun anası Vahimə xanım tərəfindən təşəkkür məktubu.

Doqquz il intizarla gözlədiyimiz şərəfə – oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə öz adımdan, ailəmizin bütün üzvləri adından sizə öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Allah sizi başımızın üstündən heç vaxt əskik etməsin.

Sizə uzun ömür, can sağlığı arzu edirik”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2025-ci il noyabrın 7-də gizir Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb.

Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmiş gizir Pəncəli Teymurov 2016-cı il Aprel döyüşlərində şəhid olub.

Milli Qəhrəmanın anası İlham Əliyevə təşəkkür məktubu göndərib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv