Mərkəzi Bankın 100 min manatlıq maşını satışa çıxarılır

Mərkəzi Bankın 100 min manatlıq maşını satışa çıxarılır






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Azərbaycan, #Hərrac, #Hyundai, #Lexus, #Nəqliyyat, #Toyota, #Toyota Camry

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Mərkəzi Bankının (AMB) balansında olan nəqliyyat vasitələri dekabrın 25-də hərraca çıxarılacaq.

presstvaz xəbər verir ki, hərracda müxtəlif markalı minik avtomobillərindən tutmuş xüsusi təyinatlı nəqliyyat vasitələrinə qədər ümumilikdə 22 avtomobil satışa təqdim ediləcək.

Satışa çıxarılan nəqliyyat vasitələri arasında “Mercedes-Benz S500”, “Lexus LX 570”, “BMW 740 LI”, “Hyundai Sonata”, “Hyundai Equus”, “Honda Accord”, “Toyota Camry”, “KIA Cerato”, “GMC Yukon Denali” və digər modellər yer alır. Avtomobillərin start hərrac qiymətləri 3 800-10 2681.7 manat aralığında dəyişir.

AMB-nin balansından satışa çıxarılan nəqliyyat vasitələrindən bəzilərinin start qiymətləri daha yüksək maraq doğurur. Məsələn, 2016-cı il istehsalı olan “Lexus LX 570” 102 min 681.7 manat start qiyməti ilə təqdim olunur. 2013-cü il istehsalı “Mercedes-Benz S500” avtomobili üçün start qiyməti 35 min 368.5 manatdır. Bundan əlavə, 2013-cü il istehsalı “GMC Yukon Denali” 30 min manat start qiyməti ilə hərraca çıxarılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv