“Samsung” SGS və “TÜV Rheinland” kimi beynəlxalq sertifikatlara layiq görülüb

“Samsung” SGS və “TÜV Rheinland” kimi beynəlxalq sertifikatlara layiq görülüb






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Audi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Samsung Electronics” davamlı texnologiyalar və ekoloji məsuliyyət sahəsində standartları müəyyən etməyə davam edir. Şirkətin kvant displeyləri eyni anda iki nüfuzlu beynəlxalq təşkilat – İsveçrənin SGS institutu və Almaniyanın “TÜV Rheinland” sertifikatlaşdırma agentliyi tərəfindən yüksək qiymətləndirilib. Aparılmış yoxlamalar bir daha təsdiqləyib: “Samsung” displeylərində insan sağlamlığı və ətraf mühit üçün təhlükə yaradan zəhərli ağır metal olan kadmiumdan, istifadə olunmur.

“Samsung”un kvant nöqtəli televizorları zərərli maddələrlə bağlı məhdudiyyətlərə uyğun, təhlükəsiz texnologiya əsasında istehsal olunaraq, təsvirin misilsiz keyfiyyətini təmin edir. SGS tərəfindən təqdim edilən sertifikat məhsullarımızın təhlükəsizliyini tam şəkildə təsdiqləyir. Bu hal bizi, davamlı olaraq dayanıqlı displey texnologiyalarının inkişafına sadiq qalmağa sövq edir”, – deyə “Samsung Electronics” şirkətinin Displey həlləri bölməsinin icraçı vitse-prezidenti Taeyong Son bildirib.

2001-ci ildən bəri kadmiumdan şüurlu şəkildə imtina

Bir vaxtlar kvant nöqtələrinin istehsalında geniş şəkildə istifadə olunan kadmiumum, rəsmi olaraq insan və təbiət üçün təhlükəli, toksik element olduğu təsdiq edilib. Dünyanın müxtəlif ölkələrində, o cümlədən Aİ-nin “RoHS” direktivi kimi ekoloji qanunvericilik tələblərinin sərtləşdirilməsi fonunda “Samsung” sözügedən qlobal trendlər yer almamışdan çox daha əvvəl təhlükəsiz alternativlərin axtarışına başlayıb.

Şirkət 2001-ci ildən etibarən kadmiumsuz kvant nöqtələrinin istehsalı sahəsində tədqiqatlara start verib. Belə ki, 2014-cü ildə “Samsung” mühəndisləri dünyada ilk dəfə kadmiumsuz kvant nöqtəsi materialını təqdim edib, 2015-ci ildən isə bu texnologiya televizorların istehsalında tətbiq olunmağa başlanıb.

Və elə həmin ildən başlayaraq, “Samsung” ekoloji cəhətdən təmiz displey texnologiyaları sahəsində liderliyini möhkəmləndirməkdə davam edir. Hazırda şirkətin zərərli maddələrdən azad kvant nöqtələrinin istehsal olunması və tətbiqi ilə bağlı təxminən 150 patenti mövcuddur.

Samsung SGS və TÜV Rheinland kimi beynəlxalq sertifikatlara layiq görülüb

SGS: Təhlükəsiz və effektiv texnologiya

Cenevrədə yerləşən və sertifikatlaşdırma əsasında keyfiyyətə nəzarət sahəsində ixtisaslaşan SGS institutu “Samsung” displeylərini hərtərəfli yoxlamadan keçirib. Təhlil nəticələri bir daha sübut edib ki, şirkətin istehsal etdiyi televizorlarında istifadə edilən kvant nöqtələri, beynəlxalq təhlükəsizlik standartlarına tam şəkildə cavab verir və kadmium tərkibli deyil.

“Samsung”un bu sertifikata layiq görülməsi, uzun illər apardığı araşdırmaların, texnoloji innovasiyaların və dayanıqlı, ətraf mühitə dost həllərə yatırdığı böyük sərmayələrin nəticəsidir.

Sənaye üçün yeni standart

Müasir “Samsung” televizorları – o cümlədən “Neo QLED 8K” və “QLED 4K” kimi flaqman modellər də yeni nəsil kvant nöqtəsi texnologiyası əsasında hazırlanır. Bu cihazlar parlaq və dolğun təsvir, yüksək kontrast və dəqiq rəng ötürülməsi təqdim etməklə yanaşı, həm də ekoloji cəhətdən təhlükəsizdir.

Davamlı texnologiyalara artan tələbat fonunda “Samsung” məsuliyyətli yanaşma nümunəsini nümayiş etdirərək, sübut edir ki, innovasiya və ekoloji təhlükəsizlik mütləq yanaşı addımlamalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv